Azərbaycan Konsaltinqlər Assosiasiyasının İdarə Heyətinin üzvü olan Rəvan Cəfərli beynəlxalq əməkdaşlığın genişləndirilməsi və layihələrin inkişafı sahəsində fəal fəaliyyət göstərir. O, xarici təşkilatlarla strateji tərəfdaşlıqlar qurur, ortaq layihələrin hazırlanması və icrasına dəstək verir. Rəvan Cəfərlinin fəaliyyəti nəticəsində Assosiasiyanın beynəlxalq əlaqələri genişlənmiş və yeni əməkdaşlıq imkanları yaranmışdır.
Lead Modern School-un təsisçisi, Bakı Dövlət Universitetinin müəllimi, Gənclər İnkişa Naminə İctimai Birliyinin İdarə Heyətinin sədri və International Business Development şirkətlər qrupunun direktoru olan Rəvan Cəfərli Gəncə KOB İnkişaf Mərkəzinin direktoru, regional resurs mərkəzlərinin rəhbəri, nüfuzlu şirkətlərdə maliyyə direktoru, maliyyə məsələləri üzrə direktor müavini, tender komissiyasının sədri olub, eləcə də BMT-nin İnkişaf Proqramında uzun müddət çalışıb.
Rəvan Cəfərli 8 kitab, 22 kitabça, 50 elmi məqalə, 2 strateji sənəd və 300-dən çox yerli və beynəlxalq layihənin müəllifidir. Global Peace Chain-in Sülh Səfiri və Beynəlxalq Gənclər Alyansının Gənc Səfiridir. O, 10-a yaxın beynəlxalq tədbirdə Azərbaycanı təmsil etmişdir.