Gənclər İnkişaf Naminə İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Yaşıl Səhnə İşığında Fərqlilik Yarat” layihəsi başa çatıb
Layihə çərçivəsində 23 gənc Göygöldə 2 günlük gənclər düşərgəsi təşkil olunub. Həmçinin Maragölə səyahət baş tutub. Həmçinin Göygöl Milli Parkının direktoru və Eko Səfirlə ilə gənclərin maarifləndirmə xarakterli görüşü baş tutub. Eyni zamanda gənclər, ekologiya, layihələr və başqa mövzular haqqında təlimlərə cəlb olunub.
Layihə, təbiətə bağlılığı gücləndirmək, ətraf mühit problemlərinə diqqət çəkmək və gənclər arasında yaşıl könüllülük hərəkatını təşviq etmək məqsədini daşıyır.