Gənclər İnkişaf Naminə İctimai Birliyinin İdarə Heyətinin sədri Rəvan Cəfərli: «Bildiyimiz kimi 7 fevral 2024-cü il tarixində Azərbaycanda prezident seçkiləri keçiriləcəkdir. Mən də öz növbəmdə gənclerimizi qarşıdan gələn prezident seçkilərində fəal olmağa çağırıram. Seçmək və seçilmək hüququ olan hər bir Azərbaycan vətəndaşının ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan böyük siyasi kampaniyada – prezident seçkilərində iştirak etmələri zəruridir. Ьüstəqil və bütöv Azərbaycanın inkişafı və daha da güclənməsi üçün seçki günü seçki məntəqələrinə gəlmələrinin vacibliyini hər bir vətəndaşımıza izah edir, onları bu sahədə fəal olmağa çağırırıq. Gənclər təşkilatının rəhbəri kimi gənclər adından onu da qeyd ede bilerem ki, Azərbaycan gəncləri fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkilərinin səsvermə gününü səbirsizliklə gözləyir. Bu gün Azərbaycan gənclərinin inkişafı ilə bağlı dövlətimiz tərəfindən hər cür şərait yaradılıb. Hər bir cəmiyyətdə sağlam düşüncə və təfəkkürə malik olan gənclərə çox böyük ehtiyac var. Buna görə də milli ruhda gənclərin yetişdirilməsi zəruridir. Azərbaycan dövləti uzun illərdən bəri gənclərin bu ruhda yetişdirilməsi üçün praktiki işlərə başlayıb. Məhz bunun bəhrəsini də xalq olaraq zaman-zaman görmüşük. Üç il əvvəl uzun illər işğal altında qalan torpaqlarımızı azad etmək üçün düşmən gülləsinin qarşısında sipər olan Azərbaycan gənci bu gün daha da inkişaf edib. Cəmiyyətin təkanverici qüvvəsi olan gənclərin fəal seçici rolunda çıxış etməsi cəmiyyətin digər təbəqələrinə də nümunədir. Düşünürəm ki, səsvermə hüququ olan hər bir gəncin bu istiqamətdə atdığı məsuliyyətli addım onların ölkə vətəndaşı olaraq əsas vəzifələrindəndir. Ölkə gənclərinin seçkilərdə fəal iştirak etməyə hazır olduğu müşahidə olunur və bu da seçki ab-havasını canlandırır. Məhz buna görə də budəfəki seçkilər 2024-cü ildə səsvermə hüququ yaranan gənc seçicilərimiz üçün əlamətdar bir hadisədir. Onlar Azərbaycan tarixində bir ilkə həm imza atacaqlar, həm də şahidlik edəcəklər. Çünki müstəqil Azərbaycan tarixində ilk dəfədir ki, prezident seçkiləri ölkənin bütün suveren ərazisində keçirilir. Biz beynəlxalq münasibətlər sistemini düzgün təhlil etməyi bacaran, milli təhlükəsizli və daxili sabitliyi qorumağı bacaran liderin növbəti illərdə də ölkəmizi idarə edərək inkişaf etdirməsini istəyirik. Bir iqtisadçı kimi də onu deyə bilərəm ki, müstəqillik tarixindən indiki dövrə qədər Azərbaycanın ÜDM-nə nəzər salsaq, XXI əsrdə ən sürətlə artan ÜDM Azərbaycanın ÜDM-i oldu. Əgər 2003-cü ildə Azərbaycanın ÜDM-i 7.1 milyard manat idisə 2022-ci ildə bu göstərici 130 milyardı keçdi. Qeyri neft sektorunun ÜDM-də payı 2003-cü ildə 4.9 milyard manat idisə, bu göstərici 2022-ci ildə 69.8 milyard manat təşkil etməklə real ifadədə 3.4 dəfə artımı təmin etmişdir. Ölkəmizin 20 ildə əldə etdiyi real artım göstəricisi Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi nüfuzlu təşkilatlar tərəfindən də ən yüksək artım kimi qiymətləndirilir. Adambaşına düşən ÜDM real ifadədə 2.9 dəfə artaraq 2003-cü ildə 872.7 manat, 2022-ci ildə isə 13256.3 manat təşkil etmişdir. Ümumilikdə, 2003-2022-ci illər üzrə Azərbaycanda ÜDM-in orta artım tempi 6.9% olmuş və XXI əsrdə ən yüksək iqtisadi artım tempində olan ölkələr siyahısında ilk 20-likdə yer almışdır. 2003-2022-ci illər üzrə qeyri neft sektorunun ÜDM-də orta artım tempi 6.6% olmuşdur. Dünyadakı nüfuzunu daha da gücləndirən, regionun siyasi xəttini müəyyənləşdirən Azərbaycan yeni hədəflərin, yeni missiyaların daşıyıcısına çevrilib. Hamıya aydındır ki, bu gün ölkəmizdə əldə olunan nailiyyətlər, beynəlxalq arenada hər ötən gün daha da güclənən mövqeyimiz, gənclərin fəaliyyətinin, fərdi və peşəkar inkişafının dəstəklənməsi yönündə atılan addımlar yalnız qalib Lider İlham Əliyevin çevik və səmərəli idarəçilik mexanizminin nəticəsidir. Bu isə Azərbaycan gəncliyi üçün yeni vəzifələr, yeni məsuliyyət deməkdir. Dünyamızın stabilliyi ciddi şəkildə pozulmuşdur. Bu prosesdə kiçik dövlətlər və xalqlar daha çox əziyyət çəkir. Azərbaycan o ölkələrdəndir ki, yerləşdiyi regionun mürəkkəbliyinə, tarixi rəqabətliyin və hətta düşmənçiliyin olduğu bir bölgədə İlham Əliyevin müəyyən etdiyi daxil və xarici siyasət kursu ilə öz sabitliyini qorumuş, ərazi bütövlüyün təmin etmiş, regional və beynəlxalq təşkilatların əvəzedilməz üzvünə çevrilmişdir. 2023-cü il fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü baş tutub. Martın 9-da “Dünya bu gün: çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb. İyulun 21-də Şuşada Qlobal Media Forumunun açılış mərasimi olub. Oktyabrın 2-də Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirilib. Noyabrın 15-də Bakıda XVII Beynəlxalq Caz Festivalı, 21-də “Dekolonizasiya: qadınların gücləndirilməsi və inkişafı” mövzusunda beynəlxalq konfrans, 24-də isə Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü baş tutub. Həmçinin müxtəlif vaxtlarda Türk Dövlətləri Təşkilatının kütləvi iclası keçirilib. Bütün bunlarla yanaşı bu ilin sonunda ölkəmiz dünyanın nüfuzlu tədbirlərindən sayılan COP-29-un ev sahibliyini etməyə hazırlaşır. İlham Əliyev İkinci Vətən savaşını və 24 saatlıq antiteror əməliyyatını zəfərlə başa çatdırmaqla Azərbaycanda, regionda və Dünyada erməni mifinə ağır və sarsıdıcı zərbələr vurdu və Dünyanın ən ciddi problemlərindən olan Qarabağda erməni separatizmini ləğv etməklə xilaskarlıq missiyasını uğurla yerinə yetirdi. Müstəqillik qazanıldıqdan sonra bütövləşmiş Azərbaycan Respublikasında erməni işğalı nəticəsində Qarabağdan və Şərqi Zəngəzurdan didərgin düşən soydaşlarımız ilk dəfə olaraq doğma yurdlarında seçkilərdə iştrak etmək imkanı qazanmışdır. Bu, xəyalların gerçəyə çevrilməsinin müəllifi cənab İlham Əliyevdir. Ölkə başçımız İlham Əliyevin dövlətimizə rəhbərlik etdiyi 20 il Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış, ölkəmizin nüfuzu Beynəlxalq səviyyədə güclənmiş, Cənubi Qafqazın lider dövlətinə çevrilmişdir. Bütün liderlilik xüsusiyyətlərini özündə cəmləşdirən, yüksək intellekti, dərin analitik istedadı, mahir diplomatlıq bacarığı, unikal idarəçilik keyfiyyətləri İlham Əliyevi liderlik etolonuna qədər yüksəltmişdir. Ölkəmizi qalib ölkəyə, xalqımızı qalib xalqa çevirən, dövlətimizi regionun lider dövləti səviyyəsinə qaldıran, Dünyada söz sahibi edən, Vətənimiz Azərbaycanı bütün varlığı ilə sevən, sevdiyi xalqımıza qırılmaz tellerlə bağlı olan alternativsiz liderimiz İlham Əliyevə səs verib, etimad göstərmək hər birimizin vətəndaçlıq borcudur.
Dəyərli həmvətənlər! Sizi 07 fevral 2024-cü ildə böyük coşqu ilə məntəqələrə gəlib, Dünya səviyyəli liderimiz İlham Əliyevə səs verməyə dəvət edirəm. Шnanıram ki, MÜDRİK XALQIMIZ, UĞURLARIMIZIN DAVAMINA SƏS VERƏCƏKDİR!»