Gənclər İnkişaf Naminə İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Yaşıl Səhnə İşığında Fərqlilik Yarat” layihəsinə start verilib
Layihə çərçivəsində gənclər yaşıl səhnədə ekoloji mövzulu performanslar və tədbirlər həyata keçirərək, həmyaşıdlarına və ictimaiyyətə ətraf mühitin qorunmasının vacibliyini çatdıracaq.
Layihə, təbiətə bağlılığı gücləndirmək, ətraf mühit problemlərinə diqqət çəkmək və gənclər arasında yaşıl könüllülük hərəkatını təşviq etmək məqsədini daşıyır.
Layihədə iştirak etmək istəyən 18-29 yaş arası gənclər aşağıda qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat linki: https://docs.google.com/forms/d/1ckuMQOfV0maQzZtR9bEuqsh5SyeKyMq8HqnpAgwZxB4/viewform